Yeni ölümcül xəstəlik yayılacaq - Alimdən xəbərdarlıq

 Yeni ölümcül xəstəlik yayılacaq -  Alimdən xəbərdarlıq
  03 Yanvar 2021    Oxunub:7265
Professor Jan-Jak Muembe-Tamfum yeni ölümcül xəstəliyin ortaya çıxması barədə xəbərdarlıq edib.

Azvision.az xəbər verir ki, Ebolanı kəşf edən alim bu barədə CNN-ə müsahibəsində bildirib.

Muembe-Tamfum 1976-cı ildə xəstəlikdən zərər çəkmiş şəxslərdən ilk qan nümunələrini götürərək Ebola virusunu aşkara çıxaran ilk alimdir.
Onun fikrincə, yeni təhlükə meşələrin kəsilməsindən qaynaqlanır və bu, insanların müxtəlif xəstəliklərin patogenləri ilə təmaslarının artmasına səbəb olur. Bu isə gələcəkdə böyük bir pandemiyaya səbəb ola bilər.

Professor hesab edir ki, yeni xəstəlik COVID-19 kimi sürətlə yayılacaq və ölümcül olacaq: "Biz yeni patogenlərin ortaya çıxacağı bir dünyada yaşayırıq. İnsanlıq üçün təhlükə yaradan budur".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ebola   virus  





Xəbər lenti