Britaniyada distant təhsil daha iki həftə uzadıldı

Britaniyada distant təhsil daha iki həftə uzadıldı
  03 Yanvar 2021    Oxunub:1444
Böyük Britaniyada orta məktəb və universitetlərdə distant təhsilin müddəti daha iki həftə uzadılıb.
Azvision.az xəbər verir ki, hökumət koronavirusa yoluxmaların artması ilə əlaqədar Milad tətilindən sonra bütün məktəblərin daha iki həftə bağlı qalmasına qərar verib.

Məktəblərin qapalı qalmasının insanların sağlamlığı üçün faydalı olacağı bildirilib.

Qeyd edək ki, Böyük Britaniyada son sutka ərzində 57 min 725 nəfər koronavirusa yoluxub, 445 pasiyent dünyasını dəyişib. İnfeksiyaya yoluxanların ümumi sayı 2 milyon 599 min 789-a çatıb.

Azvision.az


Teqlər: Britaniya   Məktəb   Təhsil  





Xəbər lenti