Nyu-Yorkda virusa yoluxma sayı 1 milyonu keçdi

Nyu-Yorkda virusa yoluxma sayı 1 milyonu keçdi
  03 Yanvar 2021    Oxunub:1386
ABŞ-ın Nyu-York ştatında koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetindən bildirilib.

Qeyd olunub ki, Nyu-Yorkda indiyədək 1 011 665 nəfərdə koronavirusa yoluxma aşkar edilib. Onlardan 38 273 nəfəri dünyasını dəyişib.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti