Qarabağda 400 hektardan çox ərazi minalardan təmizləndi

   Qarabağda 400 hektardan çox ərazi minalardan təmizləndi
  03 Yanvar 2021    Oxunub:2414
Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri tərəfindən Dağlıq Qarabağda 400 hektardan çox ərazi minalardan təmizlənib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar zamanı 151 kilometr yol, 617 bina, 22 sosial əhəmiyyətli obyekt minalardan təmizlənib. Həmçinin 16 mindən çox partlayıcı vasitə aşkar edilərək zərərsizləşdirilib.

Hazırda əməliyyatlar davam etdirilir.

Sülhməramlılar dağlıq ərazilərdə və hava şəraitinin pisləşməsi şəraitində minalardan təmizlənmənin yüksək sürətini təmin edən müasir robot texniki sistemlərdən istifadə edirlər.

Azvision.az


Teqlər: Rusiya   Qarabağ   Sülhməramlı   Mina  





Xəbər lenti