Koronavirusa yoluxanların sayı 616 mindən çox artıb

 Koronavirusa yoluxanların sayı 616 mindən çox artıb
  03 Yanvar 2021    Oxunub:1407
Dünyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, dünya ölkələri üzrə infeksiyaya yoluxma sayı 84 milyon 982 min 265 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 1 milyon 843 min 549 nəfərdir. İndiyədək 60 milyon 96 min 531 virus daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən sutka ərzində 616 min 69 nəfər koronavirusa yoluxub, 10 min 697 xəstə dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti