Kəndə silahlı hücum: 58 nəfər öldürüldü

Kəndə silahlı hücum:  58 nəfər öldürüldü
  03 Yanvar 2021    Oxunub:1702
Nigerdə naməlum silahlı şəxslər Mali ilə sərhəd yaxınlığında yerləşən kəndə hücum edərək 58 nəfəri qətlə yetiriblər.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, silahlılar kənd sakinlərini onları dəstəkləmələyə məcbur edirlər. Hadisədən sonra sərhəd təhlükəsizliyi gücləndirilib.

Hücum ölkədə keçirilən prezident seçkilərinin ilk turunun nəticələri elan olunduğu gün törədilib.

Qeyd edək ki, seçkilərdə keçmiş Xarici İşlər Nazirliyinin başçısı, daha sonra Nigerin Daxili İşlər və Təhlükəsizlik naziri olmuş 61 yaşlı Məhəmməd Bazum liderlik edir. Seçkilərin ikinci turu fevral ayında keçiriləcək.

Azvision.az


Teqlər: Niger  





Xəbər lenti