Putin özünə yeni xüsusi nümayəndə təyin etdi

Putin özünə yeni xüsusi nümayəndə təyin etdi
  03 Yanvar 2021    Oxunub:1580
Rusiya Prezidenti Vladimir Putin ölkə başçısının dövlət sərhədinin MDB ölkələri ilə delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsinə təyinatla bağlı fərman imzalayıb.
Azvision.az xəbər verir ki, Putinin imzaladığı fərmana əsasən, Mixail Petrakov bu vəzifəyə təyin olunub.

Digər fərmanla Petrakov eyni zamanda Xəzər dənizi ilə bağlı çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək.

Bundan əlavə, İqor Bratçikov vəzifəsindən azad olunub. O, Rusiyanın Slovakiyadakı səfiri təyin edilib.

Azvision.az


Teqlər: Putin   Təyinat  





Xəbər lenti