Türkiyədə yoluxma sayı azalır

   Türkiyədə yoluxma sayı azalır
  03 Yanvar 2021    Oxunub:2568
Türkiyədə son sutka ərzində 202 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 11 180 yeni yoluxma (dünən 12 203 nəfər yoluxub-red) halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 21 295, virusa yoluxanlar isə 2 232 035 nəfərə çatıb. Türkiyədə indiyədək 2 126 432 pasiyent (son sutkada 11 672 nəfər) sağalaraq evə buraxılıb.

Əvvəlki günlərlə müqayisədə sutkalıq yoluxma sayında azalma müşahidə edilir.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti