İranda son sutkada 101 nəfər virusdan öldü

İranda son sutkada 101 nəfər virusdan öldü
  02 Yanvar 2021    Oxunub:1227
İranda son sutka ərzində 101 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, İranda virusdan ölənlərin sayı 55 438 nəfərə yüksəlib.

Nazirlik rəsmisi, həmçinin qeyd edib ki, ölkədə son 24 saatda 6045 nəfər infeksiyaya yoluxub. Ümumi yoluxma sayı 1 237 474 nəfərdir.

İranda indiyədək 1 004 326 nəfər koronavirusdan sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti