Somalidəki terrorda ölən türklərin sayı artdı
Onun sözlərinə görə, hadisə nəticəsində həyatını itirən Türkiyə vətəndaşlarının sayı 2-yə çatıb.
Nazir deyib ki, üçü Türkiyə vətəndaşı olmaqla, yaralanmış 14 nəfərin müalicəsi davam edir, onların həyati üçün təhlükə yoxdur.
“Hücumu şiddətlə qınayıram”, - deyə F.Koca vurğulayıb.
Xatırladaq ki, bu gün Somalidə Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan Türkiyə şirkətinin işçilərinə qarşı terror hücumu olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: terrorhücumu