Somalidə türklərə qarşı terror hücumu: Ölən və yaralılar var

Somalidə türklərə qarşı terror hücumu:  Ölən və yaralılar var
  02 Yanvar 2021    Oxunub:1728
Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.

Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan mənfur hücumu şiddətlə qınayıb, yaralananlara şəfa diləyib.

“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Somali   Türkiyə  





Xəbər lenti