“Normandiya dördlüyü” Donbasa görə toplana bilər

“Normandiya dördlüyü” Donbasa görə toplana bilər
  02 Yanvar 2021    Oxunub:1298
Ukrayna Donbasda vəziyyətin nizamlanması üçün 2021-ci ildə “Normandiya formatı” (Fransa, Almaniya, Rusiya, Ukrayna) çərçivəsində növbəti sammitin keçirilməsini istəyir.
Azvision.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenskinin ofisi rəhbərinin müavini İqor Jovkva bildirib.

"2021-ci ildə biz “Normandiya formatı”nda növbəti sammiti keçirməyi qarşıya məqsəd qoymuşuq. Onun strateji vəzifəsi Donbasda Ukrayna şərtləri ilə sülhün bərqərar edilməsinə dair əsas məsələləri müzakirə etmək olacaq. İndi və gələcəkdə tərəfdaşlarımızın - Almaniya və Fransanın dəstəyinə ümid edirik", - Jovkva deyir.

Xatırladaq ki, bu formatda son danışıqlar 2019-cu ilin dekabrında keçirilib. Sammitin nəticəsində saxlanılan şəxlərin mübadiləsi, atəşkəs, Donbassdakı təmas xəttinin üç hissəsində qüvvələrin və texnikanın çıxarılmas təmin olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Normandiya  





Xəbər lenti