Fransada Yeni il gecəsi yüzlərlə maşın yandırılıb

 Fransada Yeni il gecəsi yüzlərlə maşın yandırılıb
  02 Yanvar 2021    Oxunub:1688
Fransada Yeni il gecəsi 861 avtomobil yandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Europe 1” radiosu məlumat yayıb.

Daha əvvəl fransız mətbuatı Yeni il ərəfəsində komendant saatına nəzarət etmək üçün ölkədə 100 mindən çox polis və jandarmanın səfərbər ediləcəyini yazıb.

Ölkənin daxili işlər naziri Jerald Darmanen prefektləri ilin sonuna və xüsusilə 31 dekabr tarixinə qədər icazəsiz toplantılar və şəhərlərdə qarşıdurmalarla mübarizə üçün lazımi tədbirlər görməyə çağırmışdı.

Məlumatda vurğulanıb ki, ötən il yanvarın 1-nə keçən gecə bundan 41 faiz çox - 1457 avtomobil yandırılıb.

30 oktyabrdan başlayaraq Fransada koronavirusun növbəti dalğası ilə bağlı yenidən karantin tətbiq edilib. Hökumət sözçüsü Qabriel Attalın deyib ki, 15 departamentdə komendant vaxtı saat 18.00-da başlayacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Maşın   Yanğın  





Xəbər lenti