Fransada COVID-19 qurbanlarının sayı 65 minə çatdı

Fransada COVID-19 qurbanlarının sayı 65 minə çatdı
  02 Yanvar 2021    Oxunub:1053
Fransada son sutka ərzində koronavirusa 20 min yeni yoluxma qeydə alınıb, 133 pasiyent ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, hazırda xəstəxanalarda 24 min 263 koronavirus xəstəsi müalicə alır.

Pandemiya başlayandan Fransada infeksiyaya yoluxanların ümumi sayı 2.62 milyondan çoxdur, ölənlərin sayı isə 64 900-ə çatıb.

Son 24 saatda xəstəxanalara 776 pasiyent daxil olub. Onlardan 99-u ağır vəziyyətdə reanimasiya şöbələrinə yerləşdirilib.

Azvision.az


Teqlər: Fransa   Koronavirus  





Xəbər lenti