Koronavirusun yeni ştammı Vyetnama çatdı

Koronavirusun yeni ştammı Vyetnama çatdı
  02 Yanvar 2021    Oxunub:1540
Vyetnamda daha əvvəl Böyük Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammına ilk yoluxma qeydə alınıb.
Azvision.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Koordinasiya Komitəsi məlumat verib.

Qeyd edilib ki, virusun yeni variantı 22 dekabr 2020-ci ildə Britaniyadan ölkəyə qayıdan 45 yaşlı bir vətəndaşda aşkarlanıb.

Dekabr ayının ortalarında Britaniya elm adamları ölkənin cənub-şərqində koronavirusun yeni variantının aşkar edildiyini açıqlayıblar.

İlkin məlumatlara görə, yeni ştamm 70 faizdən çox yoluxucu ola bilər, lakin onun daha çox ölümcül olduğuna dair dəlil yoxdur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Vyetnam  





Xəbər lenti