“Taliban” 6 polisi öldürdü, 4 nəfər yaralandı

“Taliban” 6 polisi öldürdü, 4 nəfər yaralandı
  02 Yanvar 2021    Oxunub:891
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində “Taliban” radikal hərəkatının yaraqlıları altı polis əməkdaşını qətlə yetirib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” yerli mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, yerli polis qüvvələri Batikot bölgəsində “Taliban” tərəfindən pusquya salınıb. Nəticədə komandir də daxil olmaqla altı polis əməkdaşı öldürülüb, dörd nəfər isə yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti