“Britaniya ştammı” Türkiyəyə də çatdı

  “Britaniya ştammı” Türkiyəyə də çatdı
  02 Yanvar 2021    Oxunub:1876
Türkiyədə koronavirusun (COVID-19) yeni ştammına rast gəlinib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, təhlükəli virus 15 nəfərdə aşkarlanıb. Həmin şəxslər Böyük Britaniyadan Türkiyəyə qayıdanlardır. Onlar hazırda nəzarət altında saxlanılır.

Nazir, həmçinin vurğulayıb ki, Britaniyadan Türkiyəyə səfərlər müvəqqəti dayandırılıb.

Qeyd edək ki, koronavirusun mutasiyaya uğramış yeni növü ilk dəfə Böyük Britaniyada yayılıb. 70 faiz yoluxucu olan virus bir çox Avropa ölkələrində də müəyyən edilib.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti