Türkiyədə yoluxma və ölüm sayı azaldı

Türkiyədə yoluxma və ölüm sayı azaldı
  02 Yanvar 2021    Oxunub:1331
Türkiyədə son sutka ərzində 212 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 12 203 yeni yoluxma halı qeydə alınıb. Ölkədə pandemiya qurbanlarının sayı 21 093, virusa yoluxanlar isə 2 220 855 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 114 760 pasiyent (son sutkada 14 110 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti