Rusiya məktəblərində siqaret çəkmək qadağan edildi

Rusiya məktəblərində siqaret çəkmək qadağan edildi
  02 Yanvar 2021    Oxunub:1252
Rusiyada tibb və təhsil müəssisələri, ticarət məkanlarında siqaret çəkmək qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Bildirilib ki, anbar və bazalar, taxıl qəbulu məntəqələri, səhiyyə və təhsil müəssisələri, nəqliyyat, ticarət məntəqələri, tez alışan maddələrin emalı müəssisələri, yanacaq və qaz obyektləri, partlayıcı maddə istehsalı müəssisələri, eləcə də yanma təhlükəsi olan sahələrdə siqaret çəkilməsi qadağandır.

Yeni qaydalar 2026-cı il dekabrın 31-dək qüvvədədir.

Azvision.az


Teqlər: Rusiya   Siqaret   Məktəb  





Xəbər lenti