Fransada virusa görə məhdudiyyətlər sərtləşdirildi

 Fransada virusa görə məhdudiyyətlər sərtləşdirildi
  01 Yanvar 2021    Oxunub:1063
Fransada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər sərtləşdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Qabriel Attal bildirib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün 15 departamentdə tətbiq olunan komendant saatı yerli vaxtla saat 20:00-da deyil, 18:00-da başlayacaq.

Komendant saatı 2 yanvar tarixindən etibarən virusun ən çox yayıldığı 15 bölgədə tətbiq ediləcək.

"Bu, çətin bir qərardır. Bir həftə sonra qərarın effektini öyrənəcəyik”, - Attal əlavə edib. O, hazırkı şəraitdə mədəniyyət müəssisələrinin yenidən açılması ehtimalını istisna edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti