İsraildə bir milyon insan peyvənd olunub

İsraildə bir milyon insan peyvənd olunub
  01 Yanvar 2021    Oxunub:964
İsraildə bir milyon insan koronavirusa qarşı peyvənd edilib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Binyamin Netanyahu bildirib.

Onun sözlərinə görə, bir neçə milyon insan vaksinasiya edildikdən sonra mağazaları, restoranları açmaq mümkün olacaq.

“Xaricə getmək, bizneslə məşğul olmaq, Dubaya, Bəhreynə, Abu-Dabiyə səyahət etmək mümkün olacaq”, - deyə vaksinasiyada iştirak edən Netanyahu söyləyib.

Qeyd edək ki, İsraildə COVID-19 virusuna qarşı əhalinin kütləvi peyvəndlənməsinə 20 dekabrda başlanılıb.

Birinci mərhələdə, Pfizer peyvəndi səhiyyə işçilərinə, tibb fakültəsinin tələbələrinə, yaşlı həkimlərə və dövlət məmurlarına çatdırılıb. İkinci mərhələdə 60 yaşdan yuxarı vətəndaşlar və risk qrupundan olan insanlar peyvənd olunub.

Vaksinasiya üç mərhələdə aparılacaq. Sonuncu mərhələ aprel-may aylarına planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: peyvənd  





Xəbər lenti