Dostunu çöl donuzu ilə səhv salıb güllələdi

Dostunu çöl donuzu ilə səhv salıb güllələdi
  01 Yanvar 2021    Oxunub:1152
Çuvaşiya Respublikasında ova gedən şəxs dostunu çöl donuzu ilə səhv salaraq güllələyib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.

İstintaqa görə, ötən il 30 dekabr tarixində günortadan sonra Yadrinsk rayonunun Bolşoy Sundr kəndinin sakinləri ova gediblər. Ovçulardan biri yaralı çöl donuzu zənn etdiyi 39 yaşlı dostuna atəş açıb.

Güllə yarası alan şəxs hadisə yerində keçinib. Dostunu öldürən şəxs artıq saxlanılıb.

Azvision.az


Teqlər: Donuz   Güllə   Ov  





Xəbər lenti