Koronavirus İranda daha 114 can aldı

Koronavirus İranda daha 114 can aldı
  01 Yanvar 2021    Oxunub:1043
İranda son sutka ərzində daha 6286 nəfər koronavirusa (COVID-19) yoluxub, 114 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda infeksiyaya yoluxanların ümumi sayı 1 231 429 nəfərə çatıb. Virus daşıyıcılarından 5013 nəfərin vəziyyəti ağırdır.

İndiyədək 55 337 nəfər ölüb, 995 570 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID19   iran  





Xəbər lenti