Arayikin əlində tutduğu müəmmalı “əsgər” fotosu

Arayikin əlində tutduğu müəmmalı “əsgər” fotosu
  01 Yanvar 2021    Oxunub:3023
"Arayik Arutyunyanın əlində fotosunu tutduğu əsgərin nə ölən, nə itkin, nə də əsir düşən hərbçilərin siyahısında adı var".
Azvision.az xəbər verir ki, bu barədə erməni jurnalist Anuş Trvanç bildirib.

O deyib ki, həmin şəxs separatçı Arayikin yaxın dostunun oğludur və adı Qorq Movsesyandır:

“Qorq döyüşlərin ilk günündən səfərbərliyə alınsa da, onun adına heç bir müharibə siyahısında rast gəlmək olmur. Hətta əsgərin ailəsi itkin düşənlərin yaxınlarının aldığı dəstəyi belə görmür. Ona görə ki, onun adı siyahıda yoxdur. Qohumları hələ də Qorqu Ermənistanın və Qarabağın hər yerində axtarırlar. Oğlanı tapmaq mümkün deyil, adı siyahılarda yoxdur, amma kilsəyə daxil olacaq bir fotosu var!”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Arayik   Əsgər-fotosu   İtkin   Erməni-jurnalist  





Xəbər lenti