İsveçin ATƏT sədri kimi prioritetləri açıqlandı

 İsveçin ATƏT sədri kimi prioritetləri açıqlandı
  01 Yanvar 2021    Oxunub:1346
Bu gündən İsveçin ATƏT-də sədrliyi başlayıb.
Azvision.az ATƏT-in saytına istinadən xəbər verir ki, bir il ərzində İsveç sədrliyi Avropa təhlükəsizlik nizamını qorumağa, həlli uzanmış münaqişələrin tənzimlənməsi, demokratiya və gender bərabərliyinin inkişafına yönələcək.

ATƏT-in fəaliyyətdə olan sədri, İsveç Xarici İşlər naziri Ann Linde bildirib ki, ölkəsinin sədrliyi qəbul etməsindən şərəf duyur.

"Münaqişələr və siyasi böhranlar təhlükəsizlik, beynəlxalq hüquq, demokratik prinsiplər və davamlı inkişafa qarşı çıxmağa davam edərkən, ATƏT bu problemlərin həlli və birlikdə daha güclü cəmiyyətlər qurmaq üçün həlledici çoxtərəfli platforma ola bilər.

Sədr kimi prioritetlərimiz ATƏT-in əsas vəzifələrini vurğulamaq olacaq; Avropa təhlükəsizlik qaydalarını müdafiə etmək, ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək və bölgəmizdəki münaqişələrin həllinə töhfə vermək. 14 yanvarda proqramımızı ətraflı şəkildə ATƏT Daimi Şurasına təqdim edəcəyəm”.

XİN rəhbəri, həmçinin bildirib ki, Belarus və Ukrayna ətrafında artan gərginlik, eləcə də Qarabağ məsələsi, ATƏT məkanında davam edən qarşıdurma və böhranlar təşkilatın davamlı və ümumi diqqətini tələb edir: “Bu, təbii olaraq ilin əvvəlindən gündəmimizdə olacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AnnLinde  





Xəbər lenti