Məşhur aktyor koronavirusdan vəfat etdi

 Məşhur aktyor koronavirusdan vəfat etdi
  31 Dekabr 2020    Oxunub:1754
Məşhur fransız aktyor və rejissor Rober Osseyn vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.

Aktyor bu ilin dekabrın 30-da 93 yaşını tamamlayıb. Onun koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, məşhur aktyor 100-dən çox epizodik rolda oynayıb, eyni zamanda 20-yə yaxın filmin rejissoru və ssenaristi olub.

Rober Osseynin məşhur rollarından biri “Anjelika mələklər makizasıdır” filmindəki qraf Joffer de Peyrakdır.

O, “Professional", "Quldurluq", "Antarktika nağılı" və digər yaddaqalan filmlərə də çəkilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RoberOsseyn  





Xəbər lenti