Britaniyada yoluxma və ölüm sayı kəskin artdı

   Britaniyada yoluxma və ölüm sayı kəskin artdı
  31 Dekabr 2020    Oxunub:1141
Böyük Britaniyada son sutka ərzində 50 023 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, bu, pandemiya dövründə qeydə alınan yeni rekord göstəricidir.

Ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 2 429 049 nəfərə çatıb. Ötən 24 saatda daha 981 pasiyent dünyasını dəyişib. Bununla pandemiya qurbanlarının sayı 72 367-yə yüksəlib.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus  





Xəbər lenti