Karaunc kəndinin torpaqları və hidroelektrik stansiya Azərbaycana verilir

 Karaunc kəndinin torpaqları və hidroelektrik stansiya Azərbaycana verilir
  30 Dekabr 2020    Oxunub:1673
Sünik rayonunun Karaunc kəndinin torpaqları və onun ərazisində yerləşən hidroelektrik stansiya Azərbaycana təhvil verilir.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Gorus merinin müavini Menua Ovsepyan bildirib.

“Təkcə hökumətin bizi Azərbaycana təslim etməsi qalır. Hələ də torpaqlarımızın təslim edilməsinin arxasındakı məntiqi başa düşmürük. Karaunc bağları sərhəddən çox uzaqda yerləşir, ancaq, görünür, Ermənistan baş nazirinin xəritəsinə görə, onlar Azərbaycanla sərhəddirlər, bilmirəm”.

Ovsepyan hökumətin onlarla əlaqə saxlamadığını, bu barədə məlumat verilmədiyini söyləyib: "Bizdə hökumətin olmadığı təəssüratı yaranıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Karaunc  





Xəbər lenti