Yəməndəki partlayışda 10 nəfər ölüb, 20-dən çox yaralı var

 Yəməndəki partlayışda 10 nəfər ölüb,  20-dən çox yaralı var
  30 Dekabr 2020    Oxunub:1353
Yəmənin cənubundakı Ədən şəhərində yerləşən hava limanında partlayış nəticəsində 10 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Daha əvvəl beş nəfərin öldüyü bildirilirdi.

Ardıcıl bir neçə partlayış prezident Abd Rabbu Mansurun təyin etdiyi yeni hökumət üzvlərinin olduğu təyyarə Ədən hava limanına enərkən baş verib.

Hadisə zamanı nazirlərin zərər çəkmədiyi vurğulanıb. Çünki partlayış zamanı onlar təyyarədə olub və daha sonra hökumət sarayına aparılıblar.

Məlumata görə, partlayışa səbəb husilərin nəzarəti altında olan bölgədən atılan raketlər olub.

“Sky News Arabia” telekanalı partlayışlardan əvvəl hava limanı üzərində pilotsuz təyyarələrin səsinin eşidildiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yəmən  





Xəbər lenti