DTX rəisi və Abazyan Moskvada görüşdü

 DTX rəisi və Abazyan Moskvada görüşdü
  30 Dekabr 2020    Oxunub:2368
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə Moskvada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin iştirakı ilə görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Görüşdə hərbi əsirlərin qaytarılması, itkin düşmüş şəxslərin axtarışı kimi vacib məsələlər müzakirə edilib.

Məlumata əsasən, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq üçün razılığa gəliblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: görüş  





Xəbər lenti