Rusiya Britaniya vətəndaşlarını “qara siyahı”ya saldı

 Rusiya Britaniya vətəndaşlarını “qara siyahı”ya saldı
  30 Dekabr 2020    Oxunub:1163
Rusiya cavab tədbiri olaraq ölkəyə girişi qadağan olunmuş Böyük Britaniya vətəndaşlarının sanksiya siyahısını genişləndirib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyanın Moskvadakı səfiri Debor Bronnert bu gün XİN-ə çağrılıb və ona nota təqdim edilib.

“Ona bildirildi ki, Britaniya hakimiyyətinin Aleksey Navalnı hadisəsində iştirak etdikləri bəhanəsi ilə Rusiya vətəndaşlarına qarşı qəbuledilməz, əsassız və qeyri-konstruktiv məhdudlaşdırıcı tədbirlərinə cavab olaraq, ölkəmizin ərazisinə girişinə qadağa qoyulan İngiltərə vətəndaşlarının siyahısını genişləndirmək qərarına gəlib”.

Diplomatik qurumun cavab siyahısına anti-Rusiya sanksiya fəaliyyətində iştirak edənlər daxil olunub.

Qeyd edək ki, 15 oktyabrda Avropa İttifaqı Rusiya müxalifətinin lideri Aleksandr Navalnının zəhərlənməsi hadisə ilə əlaqədar Rusiya vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti