Avropa İttifaqı Brexit razılaşmasını imzaladı

 Avropa İttifaqı Brexit razılaşmasını imzaladı
  30 Dekabr 2020    Oxunub:880
Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra ticarət və əməkdaşlıq müqaviləsi imzalayıblar.
Azvision.az xəbər verir ki, mərasim Aİ Şurasının Brüsseldəki qərargahında baş tutub.

Sənədlər Londona, Baş nazir Boris Consona göndəriləcək.

Ümumilikdə tərəflər üç sənədi təsdiqləyirlər: ticarət və əməkdaşlıq, məxfi məlumat mübadiləsi və qorunması prosedurları, həmçinin atom enerjisindən dinc məqsədlə istifadə sahəsində əməkdaşlıq.

Razılaşma hələ Aİ ölkələrinin təsdiqini və Avropa parlamentinin ratifikasiyasını tələb edir.

Ursula von der Leyen London və Brüsselin müttəfiq olaraq qaldığını, əməkdaşlığa davam edəcəklərini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Brexit  





Xəbər lenti