Rusiyada koronavirusdan ölənlərin sayı 56 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 56 mini keçdi
  30 Dekabr 2020    Oxunub:1041
Rusiyada son sutka ərzində daha 26 513 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 3 131 550 nəfərə çatıb.

Rusiyada bir gündə 599 nəfər koronavirusdan vəfat edib. Ümumilikdə infeksiyadan ölənlərin sayı 56 426-ya yüksəlib. İndiyədək 2 525 418 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: COVID-19  





Xəbər lenti