"Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb" - Lavrov

 "Qarabağda sülhməramlılara qarşı təxribat olmayıb" -  Lavrov
  30 Dekabr 2020    Oxunub:1315
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlılarına qarşı hər hansı bir təxribat qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “TASS”a müsahibəsində deyib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin normallaşması tendensiyası müşahidə olunur.

"Biz Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək, vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq niyyətlərini məmnunluqla qeyd edirik. Ortaya çıxan məsələlərin həllində tərəflərin göstərdikləri yüksək səviyyədə əməkdaşlığı vurğulamaq istərdim. Rusiya da öz növbəsində atəşkəsin qarantı vəzifəsini məsuliyyətlə və effektiv şəkildə yerinə yetirməyə davam edir. Rus sülhməramlılarına qarşı indiyə qədər hər hansı təxribat xarakterli hərəkətlər olmayıb".

Lavrovun sözlərinə görə, yeganə pozuntu 13 dekabr tarixində Rusiya sülhməramlılarının olmadığı təmas xəttində meydana gəlib.

"Sülhməramlı kontingentimizin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarla təmaslarda atılan vacib addımlar hadisənin böyüməməsinin qarşısını almağa kömək etdi. Atəşkəsin pozulmasının qarşısını almaq üçün səylərimizi göstərməyə davam edəcəyik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyLavrov  





Xəbər lenti