Erməni polkovnik 18 hərbçinin ölümünə görə həbs olundu

Erməni polkovnik 18 hərbçinin ölümünə görə həbs olundu
  30 Dekabr 2020    Oxunub:1334
Ermənistanda 18 hərbi qulluqçunun ölümündə və bir nəfərin yaralanmasında günahkar bilinən komandir müavini, polkovnik-leytenant A.V. həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, ki, həmin şəxs Dağlıq Qarabağda döyüş əməliyyatı zamanı 18 nəfərin ölümünə səbəb olan əmr verməkdə şübhəli bilinir.

Ölən hərbçinin atası H.O. baş prokuror Artur Davtyana məktub yazıb, oğlunun Qarabağa göndərilməsini öyrəndikdən sonra şəxsi heyəti dəstəkləmək üçün avtomobili ilə oraya getdiyini söyləyib. Oktyabrın 9-da İşxanadzor ərazisində hücum zamanı PUA zərbələrini eşidən hərbi hissə komandiri müavininin maşından düşən hərbçilərə təkrar avtomobilə əyləşərək hərəkətə davam etmək əmrini verməsinin şahidi olub.

Dəqiqələr sonra avtomobil dron atəşinə tutulub və içindəki əsgərlər məhv edilib.

Prokuror İstintaq Komitəsinə bununla bağlı məktub göndərib.

“Əmri yerinə yetirən 19 hərbçi maşına minib. Beş dəqiqə sonra bir dron maşını vurdu və yanğın səbəbi ilə 18 hərbçi öldü, digəri yaralandı”, - deyə prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əldə olunan dəlillərə əsasən, polkovnik-leytenant A.V. barəsində hərbi vəziyyət zamanı səlahiyyətdən sui-istifadə və onun ağır nəticələrə səbəb olmasına dair ittiham irəli sürülüb. Elə həmin gün, onun həbsi barədə ümumi yurisdiksiyası məhkəməsinə təqdim edilən vəsatət təmin olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polkovnik   Erməni   Həbs  





Xəbər lenti