“2021-ci ilə fürsətlər ili kimi baxaq” - Britaniya səfiri

 “2021-ci ilə fürsətlər ili kimi baxaq” -  Britaniya səfiri
  30 Dekabr 2020    Oxunub:1323
Bu gün çoxumuz üçün bəlkə də ən çətin illərdən birini yola salırıq. Koronavirus gündəlik həyatımıza maska taxmaq, əllərimizi hər fürsətdə yumaq və məsafə saxlamaq kimi yeni nümunələr gətirdi. Ənənəvi olaraq dostlar və ailələr yeni ili qeyd etmək üçün bir araya gələcəklər. Təəssüf ki, bir çoxları üçün bu mümkün olmayacaq. Bu dəhşətli virus səbəbindən il ərzində dünyasını dəyişənlərin xatirəsini anmaq istərdim.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpın 2020-ci ilin yekunları ilə bağlı müraciətində deyilir.

Diplomat əlavə edib ki, Xarici Birlik və İnkişaf Nazirliyi adından Dağlıq Qarabağ və ətrafında gedən son döyüşlərdə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir.

"Bu, çətin anda münaqişə qurbanlarının dostlarına və ailələrinə səbr diləyirəm. Bu il xüsusilə çətin dönəmdə bir-birimizə dəstək olmağın vacibliyini göstərdi. Böyük Britaniya koronavirusla mübarizədə Azərbaycana dəstək olmaqdan qürur duyur".

C.Şarp bildirib ki, Böyük Britaniya son dövrlər Qarabağ münaqişəsindən ən çox təsirlənənlər üçün Beynəlxalq Qırmızı Xaç Komitsinə 1 milyon funt sterlinq yardım ayıraraq, ehtiyacı olan azərbaycanlıları dəstəklədi. BMT ilə əməkdaşlıq edərək münaqişədən təsirlənən bölgələrdə olan qadın və qızlara yardım paketləri təqdim etdi.

"Bu il müstəsna çətinliklər gətirsə də həqiqətən ən çətin vəziyyətlərdən çıxmaq üçün böyük imkanlar yarana biləcəyinə ümidliyik. COVID-19 qlobal iqtisadiyyatın böyük bir hissəsini dayandırdı, bütün ölkələr üçün ağır nəticələrə səbəb oldu. Lakin bizim daha təmiz bir iqtisadiyyat yaratmaq imkanımız var.

Azərbaycanın strateji enerji tərəfdaşı olan Böyük Britaniya və şirkətlərimiz əməkdaşlığımızı genişləndirməyə və Azərbaycan ilə yaşıl enerji mənbələri istiqamətində enerji sahəsinin şaxələndirilməsini dəstəkləmək istəyir. COVID və Azərbaycanda münaqişdən sonrakı dövr mühitin daha yaxşı bərpası üçün imkanlar açacaq.

100 minlərlə azərbaycanlı məcburi köçkün təxminən 30 ildən sonra doğma şəhər və kəndlərinə qayıdacaqdır. Bu yaşayış məntəqələri yenidən qurulduğundan qabaqcıl texnologiya və ekoloji təhlükəsiz nümunəvi yaşayış məntəqələrinin yaradılması üçün bir fürsət verir.

Böyük Britaniya və konsultasiya mərkəzləri də daxil olmaqla, bir sıra təşəbbüslər sayəsəində məcburi köçkün icmalarını dəstəkləməkdən qürur duyur, Britaniya qadınlar üçün sülh və təhlükəsizlik üzrə Milli Fəaliyyət planının hazırlanmasını da dəstəklədi. Ümid edirəm ki, Azərbaycan bu planı 2021-ci ilin əvvəlində qəbul ediləcək.

Növbəti illərdə Britaniyanın Azərbaycanda məcburi köçkün icmalarına dəstəyini genişləndirməsini səbrsizliklə gözləyirəm. 2020-ci il çətinliklər ili olsa da, gəlin 2021-ci ilə fürsətlər ili kimi baxaq. Cəmiyyətimiz daha güclü və daha sağlam, iqtisadiyyatımızı yaşıllaşdıran və ətraf mühüti daha təmiz edən imkanlar ilinə çevirək.

Bütün azərbaycanlıları Həmrəylik Günü münasibətilə təbrik edirəm. Yeni iliniz mübarək!"

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfir  





Xəbər lenti