ABŞ Norveçi Rusiya ilə müharibəyə təhrik edir

 ABŞ Norveçi Rusiya ilə müharibəyə təhrik edir
  30 Dekabr 2020    Oxunub:982
ABŞ-ın təzyiqi altında Norveç Rusiyanı Arktika üzərində müharibəyə təhrik edir.
Azvision.az xəbər verir ki, bu barədə “NRK” nəşrinin baş redaktoru Arne Holm bildirib. O hesab edir ki, Vaşinqton Norveçin müdafiə və təhlükəsizlik üzrə siyasətini idarə edir.

Nəşr yazıb ki, ABŞ Norveçdə radar stansiyası tikir, limanları və aerodromları yaxşılaşdırır.

Bundan əlavə, Norveç ordusu Barens dənizində ilk dəfə NATO-nun hərbi təlimində iştirak edib.

"Bütün bu hərəkətlər Rusiyanı qarşıdurmaya təhrik edir. Amerikadan olan siyasətçilərin bütün açıqlamaları, dünya elitasının Arktika ərazilərini bölməyi hədəf aldığını göstərir".

O, Vaşinqtonun təzyiqi ilə Norveçin ciddi problemlərlə üzləşdiyini də qeyd edib. Holm ABŞ-ın və indi sərhəd yaxınlığında təlimlər keçirən Norveçin hərəkətlərini gerçək bir təxribat adlandırıb və buna Moskvanın mütləq cavab verəcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Rusiya   Norveç   Müharibə  





Xəbər lenti