Daha bir deputat “Mənim addımım”ı tərk etdi

 Daha bir deputat “Mənim addımım”ı tərk etdi
  30 Dekabr 2020    Oxunub:1134
Deputat Anna Qriqoryan hakim "Mənim addımım" fraksiyasını tərk edib.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook” səhifəsində yazıb.

Bununla belə erməni deputat müraciətində mandatdan imtina etməyəcəyini vurğulayıb:

“Əziz həmvətənlər! Mənə verdiyiniz mandatı saxlamağa qərar verdim, amma "Mənim addımım" fraksiyasından ayrıldım.

Ölkəmiz üçün bu çətin və tarixi məqamda, heç bir siyasi qüvvə tərəfindən məhdudiyyət olmadan xalqın haqlı tələblərini səsləndirməyi özümə borc bilirəm. Mən müstəqil, partiyasız bir millət vəkili olaraq mandatımı qoruyacağam”.

Xatırladaq ki, bundan əvvəl də bir neçə deputat hakim fraksiyanı tərk edib, hətta mandatdan imtina edənlər də var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənideputat  





Xəbər lenti