Azərbaycan səfirinin məqaləsi “Global Ambassadors Journal”da
Məqalədə İçərişəhər kompleksi barədə geniş məlumat verilmiş, onun Azərbaycanın tarixində, mədəni irsində, eləcə də beynəlxalq mədəni irs sahəsində yerindən, dünyanın unikal canlı açıq hava muzeyi olmasından, onun hər daşının Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirməsindən, tariximizin izini qoruyub saxlamasından bəhs olunub.
Bildirilib ki, İçərişəhər tarix boyu ərəb, fars və rus işğallarına qarşı müqavimət göstərib.
F.Axundov İçərişəhərin tarixi və mədəni abidələri - Qız Qalası, Şirvanşahlar sarayı haqqında məlumat verərək, Azərbaycanın ilk feodal dövləti olmuş Şivanşahların paytaxtının buraya köçürüldüyündən söz açıb. Qədim İpək Yolu üzərində yerləşmiş İçərişəhərdə olan karvansaraylar, onların tarixi haqqında məlumat verilib. Bu qədim şəhərdə zərdüştlük izlərini daşıyan bir sıra abidələrin olduğunu, oranın müxtəlif film və incəsənət əsərlərinə ilham mənbəyi, eləcə də maraqlı turistik istiqamət olduğu bildirilib.
Azvision.az