Dünyada pandemiya ilə bağlı son vəziyyət

 Dünyada pandemiya ilə bağlı son vəziyyət
  30 Dekabr 2020    Oxunub:952
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 82 milyon 327 min 231 nəfərə çatıb.
Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 796 min 543 nəfərdir. İndiyədək 58 milyon 338 min 453 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata əsasən, ötən sutka ərzində 444 437 nəfər koronavirusa yoluxub, 9035 pasiyent isə dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 19 977 704 nəfər virusa yoluxub, 346 579 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 245 326 yoluxma qeydə alınıb. Onlardan 148 475 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 564 117 nəfərdə virus aşkar edilib. Xəstələrdən 192 716 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 105 037 yoluxma, 55 827 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Fransada 2 574 041 nəfər virusa yoluxub ki, onlardan 64 078-i ölüb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti