ABŞ-da ilk dəfə “Britaniya ştammı” aşkarlandı

ABŞ-da ilk dəfə “Britaniya ştammı” aşkarlandı
  30 Dekabr 2020    Oxunub:1049
ABŞ-ın Kolorado ştatında ilk dəfə olaraq koronavirusun "Britaniya ştammı" aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Kolorado ştatının qubernatoru Jared Polis “Twitter”də yazıb.

“Bu gün biz koronavirusun Britaniyada olan eyni variantına - COVID-19- B.1.1.7 ilk yoluxma halı aşkar etdik”.

Qubernatorun sözlərinə görə, yoluxan şəxs təxminən 20-29 yaşlı kişidir, o, hazırda təcrid olunub və son vaxtlar səfərdə olmayıb.

Qeyd edək ki, 14 dekabrda Britanyanın Səhiyyə naziri Mett Hancock elm adamlarının koronavirusun daha sürətli yayılan yeni növünü aşkar etdiklərini söyləyib. Baş nazir Boris Conson isə yeni variantın virus növlərindən 70 faiz daha çox yoluxucu olduğunu deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti