Gürcüstan hökumətinin səlahiyyəti 6 ay uzadıldı

Gürcüstan hökumətinin səlahiyyəti 6 ay uzadıldı
  30 Dekabr 2020    Oxunub:920
Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.
Azvision.az -ın məlumatına görə, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri təsdiqləyib.

Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, bundan əvvəl hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.

Azvision.az


Teqlər: Gürcüstan   Hökumət  





Xəbər lenti