Xorvatiyada güclü zəlzələ: Ölənlərin sayı artdı

Xorvatiyada güclü zəlzələ:  Ölənlərin sayı artdı
  30 Dekabr 2020    Oxunub:1715
Xəbər verdiyimiz kimi, bu gün Xorvatiyada 6,4 bal gücündə zəlzələ olub.
Azvision.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində 8 nəfər ölüb.

20 nəfər tibbi yardıma müraciət edib. Onlardan 2-nin vəziyyəti ağırdır.

Ümumilikdə yeraltı təkanların mərkəzi əhalisi 800 min nəfərdən çox olan Zaqreb şəhərindən 51 km cənub-şərqdə, əhalisinin sayı 50 min nəfərə yaxın olan Sisak şəhərindən 9 km cənub-qərbdə yerləşib.

Qeyd edək ki, zəlzələ 10 km dərinlikdə baş verib.

Azvision.az


Teqlər: Zaqreb   Zəlzələ  





Xəbər lenti