Macarıstan Rusiya peyvəndini aldı

Macarıstan Rusiya peyvəndini aldı
  30 Dekabr 2020    Oxunub:825
Macarıstan Rusiya istehsalı olan “Sputnik V” peyvəndini alıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Xarici işlər və ticarət naziri Peter Szijjarto bildirib.

Onun sözlərinə görə, Macarıstan və Rusiya arasında əldə olunmuş razılaşma çərçivəsində 6 min doza peyvənd ölkəyə çatdırılıb.

Nazir Rusiyada 40 min insan üzərində sınaqdan keçirilmiş peyvəndin 91,4 faiz effektiv olduğunu qeyd edib.

Azvision.az


Teqlər: “SputnikV”  





Xəbər lenti