Şurnuxun bir hissəsi Azərbaycana verilir

Şurnuxun bir hissəsi Azərbaycana verilir
  29 Dekabr 2020    Oxunub:2192
Sünik bölgəsindəki Şurnux kəndinin bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “news.am” saytı məlumat yayıb.

Qeyd edilib ki, kəndin sakinləri ərazidən keçən magistral yolu bağlayaraq, buna etiraz ediblər.

“Vətəndaşların etirazına səbəb onlara gözlənilmədən kəndin yarısını tərk edib, ərazini azərbaycanlılara qaytarmaq üçün bir gün vaxt verilməsi olub. Azərbaycanlılar Ermənistan hakimiyyətinə hələ 10 gün əvvəl kəndin yarısının onlara veriləcəyinin məlum olduğunu iddia edir.

Biz hakimiyyətdən cavab tələb edirik. Niyə bizə məlumat verilmədi? Niyə və hansı əsasla delimitasiya həyata keçirilir?", - deyə kəndin erməni sakinləri bildiriblər.

Onlar, həmçinin silaha əl atamağa çağırış ediblər: "Kimin silahı varsa, torpağımızı müdafiə edək. Onlar (azərbaycanlılar) burada görünür və hökmranlıq edirlər. Xalqı tək qoymayın”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Şurnux  





Xəbər lenti