Xorvatiyada güclü zəlzələ, ölən var

Xorvatiyada güclü zəlzələ,  ölən var
  29 Dekabr 2020    Oxunub:2125
Xorvatiyanın paytaxtı Zaqreb yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, zəlzələnin episentri paytaxtdan 46 kilometr cənub-şərqdə - Petrin şəhərində qeydə alınıb. Zaqrebdə elektrik kəsilib, Sisak şəhərində xəstəxananın tavanı çöküb. Petrin şəhərində isə bir uşaq həlak olub.

Qeyri-rəsmi məlumatlara görə, zəlzələdən zərərçəkənlər var. Xarici İşlər Nazirliyinin binalarına və şəhərin tarixi hissəsindəki digər obyektlərə ziyan dəyib.

Xorvatiya xilasetmə xidmətinin rəhbəri Damir Trut bütün xidmətlərin səfərbər edildiyini, zəlzələnin episentrinə xilasedicilər, texnik və ordu hissələrinin göndərildiyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: zəlzələ  





Xəbər lenti