Zöhrabyan parlamentdəki vəzifəsindən məhrum edildi

Zöhrabyan parlamentdəki vəzifəsindən məhrum edildi
  29 Dekabr 2020    Oxunub:1522
Ermənistan parlamentinin növbədənkənar iclasında hakim "Mənim addımım" bloku "Çiçəkənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyanın insan haqları və ictimai məsələlər daimi komissiyasının sədri vəzifəsində səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxıb.
Azvision.az xəbər verir ki, erməni deputatlar təşəbbüsü yekdilliklə dəstəkləyib.

78 deputat Zöhrabyanın lehinə, 4-ü əleyhinə səs verib, 2 bülleten etibarsız elan edilib.

Qeyd edək ki, "Parlaq Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyaları, Naira Zöhrabyan özü parlamentin fövqəladə iclasını boykot edib.

Hakim fraksiya hesab edir ki, Zöhrabyan “Facebook” hesabında Konstitusiyada təsbit edilmiş və ən yüksək dəyər olan insan ləyaqətini alçaldan, təhqir edən ifadələrə yol verib. Belə ki, Zöhrabyan öz paylaşımlarından birində "Paşinyanı hakimiyyətə gətirən zibilə" nifrət etdiyini yazıb.

Bundan sonra "Mənim addımım" fraksiyasından olan deputatlar Ermənistan vətəndaşlarına qarşı ksenofob xarakterli ifadələrinə görə Zohrabyanın insan haqları üzrə parlament komissiyasının sədri vəzifəsindən azad edilməsi barədə təşəbbüs irəli sürüblər.

Zöhrabyan özü isə göstərişin birbaşa baş nazir Nikol Paşinyanın gəldiyini bəyan edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NairaZöhrabyan  





Xəbər lenti