“Rusiya-Türkiyə Birgə Mərkəzinin qurulması prosesi gedir” - Lavrov

 “Rusiya-Türkiyə Birgə Mərkəzinin qurulması prosesi gedir” -  Lavrov
  29 Dekabr 2020    Oxunub:2121
Dağlıq Qarabağ müzakirələrimizin əsas məsələlərindən biri oldu.

Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Soçidə keçirilən Rusiya-Türkiyə Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci toplantısının yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Moskva Ankaranın münaqişə tərəflərinin öhdəliklərini yerinə yetirilməsinin icrasına göstərdiyi yardım səylərini alqışlayır.

Lavrov, həmçinin əlavə edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin aktiv qurulması prosesi gedir. Mərkəz bir müddət sonra fəaliyyətə başlayacaq.

Qeyd edək ki, bu gün Soçidə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Türkiyə   Lavrov  





Xəbər lenti