“Bölgədə qalıcı sülh, sabitlik, iqtisadi inkişaf görmək istəyirik” - Çavuşoğlu

“Bölgədə qalıcı sülh, sabitlik, iqtisadi inkişaf görmək istəyirik” -  Çavuşoğlu
  29 Dekabr 2020    Oxunub:2484
Qarabağ, Suriya, Liviya, Orta Şərq başda olmaqla, bölgədəki məsələləri həmkarım Sergey Lavrovla müzakirə etdik.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Qarabağda atəşkəs əldə olunub, hazırda ərazidə atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi qurulur, mərkəz tezliklə fəaliyyətə başlayacaq.

“Bizim məqsədimiz bölgədə qalıcı sülhün olmasıdır. Bunun üçün bütün imkanlarımızı səfərbər etməliyik. İnanıram ki, lazımı addımlar atılınca, qalıcı sülhə nail ola biləcəyik. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar, bölgədə münasibətlər qurula bilər. Prezident İlham Əliyev bütün çətinliklərə rəğmən barış əlini Ermənistana uzadıb, xoş niyyətini göstərib. Türkiyə rəhbəri də bölgədə münasibətlərin yaxşılaşmasından danışıb. Bu istiqamətdə çalışmalarımızı Azərbaycanla koordinasiya edəcəyik. Biz bölgədə qalıcı sülh, sabitlik, iqtisadi inkişaf görmək istəyirik”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti