İranda COVID-19-dan ölüm sayı 55 minə çatır

İranda COVID-19-dan ölüm sayı 55 minə çatır
  29 Dekabr 2020    Oxunub:1061
İranda son sutka ərzində 6108 nəfər koronavirusa yoluxub, 132 pasiyent vəfat edib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların sayı 1 212 481 nəfərə çatıb.

İndiyədək 54 946 nəfər dünyasını dəyişib. Hazırda 5128 xəstənin vəziyyəti ağırdır. 969 408 nəfər sağalaraq xəstəliyə qalib gəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran  





Xəbər lenti